ABŞ Azərbaycana daha 5 minaaxtaran it göndərib

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Marshall Legacy Institute" (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi öz "Facebook" səhifəsində yazıb.

"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - deyə paylaşımda bildirilib.