Azərbaycanda dərman bahalaşmasının qarşısı bu yolla alınacaq

Bir müddət əvvəl İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti ilə görüş keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti ilə əməkdaşlıq müqaviləsinə əsasən vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır.

Həmçinin oxuyun: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - AÇIQLAMA

Bəs yerli istehsal dərman idxalını azaldacaq? Bu əməkdaşlıq dərmanların qiymətinə necə təsir göstərəcək?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Türkiyə ilə birgə dərman istehsalının təşkil edilməsi prioritet idi.

"Nəzərə alsaq ki. Azərbaycan dərman idxalında asılı ölkələrdəndir. Dərmanların 90 faizindən çoxunu idxal edirik. Bu səbəbdən yerli istehsalın təşkili edilməsi bir tərəfdən idxalın azaldılması baxımında vacib idi. Digər tərəfdən isə istehsalın təşkili həm də qiymətlərin opitmallaşdırılması aspketindən vacibdir. Dərmanların Azərbaycanda qiyməti Türkiyə ilə müqayisədə xeyli bahadır. Təbii ki, bu kontekstdən qiymətlərin optimallaşdırılması və aşağı salınmasına ehtiyac var. Müqavilə çərçivəsində geniş miqyaslı dərman istehsalı həyata keçirilərsə, bu yalnız idxaldan asılılığın aradan qaldırılması deyil, həm də qiymətlərin tənzimlənməsi və aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə yerli dərman istehsalının təşkili həm idzalın azadlılması, keyfiyyətli dərmanların bazara çıxırlması, həm də qiymətlərin aşağı salınması baxımında vacibdir", - deyə V.Bayramov əlavə edib.