https://news.day.az/azerinews/1600359.html
ABŞ-Ermənistan birgə hərbi təlimlərini ciddi fəaliyyət kimi qəbul etmədik - Yaşar Gülər
Doğrusu, ABŞ-Ermənistan birgə hərbi təlimlərini ciddi fəaliyyət kimi qəbul etmədik. Day.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Milliyət"ə müsahibəsində deyib. "Amma təbii ki, belə gərgin şəraitdə 25 nəfərin oraya gətirilməsi belə yanlış mesaj kimi qəbul edilə bilər.
ABŞ-Ermənistan birgə hərbi təlimlərini ciddi fəaliyyət kimi qəbul etmədik - Yaşar Gülər
Doğrusu, ABŞ-Ermənistan birgə hərbi təlimlərini ciddi fəaliyyət kimi qəbul etmədik.
Day.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Milliyət"ə müsahibəsində deyib.
"Amma təbii ki, belə gərgin şəraitdə 25 nəfərin oraya gətirilməsi belə yanlış mesaj kimi qəbul edilə bilər. Ona görə də düşünürəm ki, bütün ölkələrin çox həssas davranması daha yaxşıdır", - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.
Xatırladaq ki, ABŞ-Ermənistan birgə təlimləri 11 sentyabrda başlayıb. Sentyabrın 20-dək davam edən "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре