Novxanı yolundakı qəzada ölən 23 yaşlı Fəridin FOTOsu

Xəbər verdiyimiz kimi, Abşeronda ölümlə nəticələnən ağır qəza baş verib. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb.

Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Qəzada həyatını itirən Fəridin fotosunu təqdim edirik: