İran Azərbaycan və Ermənistan arasında həmişə sülhü dəstəkləyib - Araqçi

İranın mövqeyi həmişə Azərbaycan və Ermənsitan arasında sülhü dəstəkləmək olub.
Day.Az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hətta İran iki ölkə arasında sülhün yaranmasına çalışıb. Lakin İran istənilən formada əcnəbi müdaxiləyə qarşı olub və bunun mənfi nəticələrə səbəb olacağını bildirib. İranın nigaranlığı ilə əlaqədar Ermənistan İranı arxayın edib.
Araqçi bildirib ki, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatda qeyd olunub ki, regionun sərhədləri dəyişilməzdir. Region ölkələrinin müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılır. Bu isə İranın mövqeyi ilə tam üst-üstə düşür.
"Bir sıra tərəflər var ki, bir müddətdir İranın Azərbaycanla münasibətlərini korlamağa çalışırlar. İndi də İranın Ermənistanla münasibətlərini korlamağa çalışırlar", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре