Toy döyüş meydanına çevrildi

Türkiyənin Samsun şəhərində toyda kütləvi dava baş verib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilir ki, mübahisə edən şəxslər bir-birinə stullar atıblar. Hadisə zamanı 5 nəfər yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı polis 4 nəfəri saxlayıb.