Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində "Gələcək Azərbaycan", "Müsavat", "Azad Vətən", "Vəhdət" və "Ədalət" partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

Day.Az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.