Birinci vitse-prezident Mehriban Əliyeva Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışından görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında avqustun 28-də Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və "The Grand" apart hotelinin açılışından görüntülər paylaşıb.

Day.Az həmin paylaşımı təqdim edir:

"Sea Breeze" istirahət mərkəzində LANDAU Məktəbinin və "The Grand" apart hotelinin açılışı. 28.08.2024".

Qeyd edək ki, avqustun 28-də Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan LANDAU Məktəbinin və "The Grand" apart hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.