Emin Əmrullayev BDU-da aşkarlanan qüsurlara AYDINLIQ GƏTİRİB

Müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı qüsurlarla bağlı sualı cavablandırarkən deyib.
"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır.
Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır",- deyə nazir əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре