https://news.day.az/azerinews/1716341.html
Prezident İlham Əliyev AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırıb - SƏRƏNCAM
Samur-Abşeron kanalı üzərində yeni körpü tikiləcək. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezident İlham Əliyev AAYDA-ya 9 milyon 960 min manat vəsait ayırıb - SƏRƏNCAM
Samur-Abşeron kanalı üzərində yeni körpü tikiləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре