Prezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin etdi

Tural Qüdrət oğlu Piriyev yenidən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, o, bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.