https://news.day.az/azerinews/1754637.html "Tottenhem" Avropa Liqasının qalibi olub - VİDEO UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub. Day.Az-ın məlumatına görə, final oyununda İngiltərə təmsilçiləri - "Tottenhem" və "Mançester Yunayted" komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Tottenhem" Avropa Liqasının qalibi olub - VİDEO

Azərbaycanca, 22 мая 2025 01:14 (UTC +04:00) 435
"Tottenhem" Avropa Liqasının qalibi olub

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

Day.Az-ın məlumatına görə, final oyununda İngiltərə təmsilçiləri - "Tottenhem" və "Mançester Yunayted" komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın "Atalanta" klubu olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости