https://news.day.az/azerinews/1755736.html Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır - BU TARİXDƏN 2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Day.Az-a MÜTDA-dan məlumat verilib.

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır - BU TARİXDƏN

Azərbaycanca, 26 мая 2025 15:47 (UTC +04:00) 418
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 30 may 2025-ci il saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə Day.Az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, valideynlər 30 may tarixinə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edilir ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости