Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq

Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı ilə bağlı vacib sənədlər imzalanacaq.

Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bildirib.

"Bildiyiniz kimi, bu artıq xoş bir ənənəyə çevrilib ki, biz Baku Enerji Həftəsi çərçivəsində müəyyən bir sənədlər imzalayırıq və bu sənədlər bu ildə bu ənənə davam edəcək. Bir sıra sahələr ilə bağlı bir neçə vacib sənədlərin imzalanılması gözlənilir. Bir neçə gün sonra artıq bu sənədlərlə bağlı sizdə də ətraflı olacaq", - Orxan Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Enerji Həftəsində həm də COP29-da SOCAR-ın imzaladığı sənədlər barədə ətraflı məlumatlar veriləcək:

"Həmçinin stendlərin içində infinity room deyilən bir hissə olacaq, hansındakı led ekranlarla biz bütün vacib layihələrimizlə bağlı və fəaliyyət iqəmətlərimizlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Əlavə olaraq, forum çərçivəsində ənənəvi olaraq biz panellərin əksəriyyətində həm moderator qismində, həm çıxışçılar qismində çıxış edəcəyik. Burada liderlərin çıxışları, SOCAR-ın rəhbər şəxsləri iştirak edəcəklər".