Ağdərə ərazisində minaya düşən mülki şəxsin vəziyyəti AÇIQLANIB

30.05.2025-ci il saat 19:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, 1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.

"Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - qurumdan qeyd olunub.

---------

19:35

Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.

 

Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal - qara otararkən minaya düşüb.

Hazırda yaralının ərazidən götürülməsi üçün, işlər aparılır.