https://news.day.az/azerinews/1757116.html Goranboyda mülki şəxs minaya düşüb: sol ayağı amputasiya edilib - BİRGƏ MƏLUMAT Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Goranboyda mülki şəxs minaya düşüb: sol ayağı amputasiya edilib - BİRGƏ MƏLUMAT

Azərbaycanca, 31 мая 2025 15:04 (UTC +04:00) 579
Goranboyda mülki şəxs minaya düşüb: sol ayağı amputasiya edilib

Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости