https://news.day.az/azerinews/1759963.html Bu ayaqqabı markasnın satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq - FOTO Ticarət Nazirliyi vətəndaşların sağlamlığını təhlükəyə atan məhsullarla bağlı yeni siyahı açıqlayıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, son yoxlamaların nəticələrinə əsasən, bir sıra məhsullar bazardan çıxarılacaq və satışları qadağan ediləcək. Siyahıya məşhur ayaqqabı markası da daxil edilib.

Bu ayaqqabı markasnın satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq - FOTO

Azərbaycanca, 12 июня 2025 17:33 (UTC +04:00) 490
Bu ayaqqabı markasnın satışı qadağan edildi

Ticarət Nazirliyi vətəndaşların sağlamlığını təhlükəyə atan məhsullarla bağlı yeni siyahı açıqlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, son yoxlamaların nəticələrinə əsasən, bir sıra məhsullar bazardan çıxarılacaq və satışları qadağan ediləcək. Siyahıya məşhur ayaqqabı markası da daxil edilib.

Təhlükəsiz Məhsul Məlumat Sistemi (GÜBİS) vasitəsilə yayılan məlumata görə, sağlamlıq üçün risk daşıyan məhsullar arasında SVM markalı ayaqqabılar da var. Nazirliyin məlumatında qeyd olunur ki, bu məhsullar zərbəyə davamlılıq testindən keçsə də, yanıq və yaralanma riski daşıyır.

Məhz bu səbəbdən, "Ayaq Qoruyucuları - Ayaqqabılar" kateqoriyasına daxil olan həmin məhsullar 11 iyun 2025-ci il tarixli bildiriş əsasında GÜBİS-in rəsmi siyahısına əlavə edilib. Ayaqqabıların bazara çıxarılması qadağan edilib və geri çağırılması qərara alınıb.

Ticarət Nazirliyi istehlakçıları ehtiyatlı olmağa və zərərli məhsullarla bağlı məlumatlı davranmağa çağırır.

  • Bu ayaqqabı markasnın satışı qadağan edildi
  • Bu ayaqqabı markasnın satışı qadağan edildi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости