MN-in Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

ƏtraflMəhkəmənin baxış iclası iyulun 1-də keçiriləcək.

Qeyd edək ki, DTX tərəfindən Şahin Quliyevə qarşı AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.