https://news.day.az/azerinews/1762626.html Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib Milli Hidrometeorologiya Xidməti iyunun 22-24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib

Azərbaycanca, 22 июня 2025 17:20 (UTC +04:00) 537
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib

Milli Hidrometeorologiya Xidməti iyunun 22-24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.

Xidmətdən Day.Az-a bildirilib ki, Naxçıvan MR, Şəmkir, Samux, Göygöl, Gədəbəy, Oğuz, Şamaxı, Şirvan, Ağsu, Qəbələ, İsmayıllı, Salyan, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Siyəzən, Ağdam, Ağcabədi, İmişli, Zərdab, Kürdəmir, Beyləqan, Saatlı, Sabirabad, Göyçay, Ucar, Ağdaş, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Şuşa, Xocavənd, Xankəndi, Ağdərə, Cəbrayıl, Qubadlıda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Şəki, Balakən, Qax, Zaqatala, Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Yevlax, Bərdə, Tərtər, Gəncə, Qazax, Ağstafa, Tovuz, Qobustan, Neftçala, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости