https://news.day.az/azerinews/1764045.html Masallıda ağır qəza - 1 ölü, 3 yaralı Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallıda ağır qəza - 1 ölü, 3 yaralı

Azərbaycanca, 28 июня 2025 13:40 (UTC +04:00) 430
Masallıda ağır qəza

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallının Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər - Masallı rayonunun Ərkivan qəsəbəsindən olan 1966-cı il təvəllüdlü Sevda Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости