Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanacaq

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunması ilə bağlı sazişin mətni paraflanacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, sazişin mətninin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası istiqamətində növbəti addımların atılması zəruri hesab olunur.

Bununla yanaşı, yekun sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyi təsdiqlənir. Bu, danışıqlar prosesində əldə olunan razılaşmaların tam şəkildə həyata keçirilməsi baxımından önəmli addım kimi qiymətləndirilir.