Göyçayda zəlzələ olub

İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə Göyçay rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:03:35-də 16 kilometr dərinlikdə qeydə alınıb.
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 09.08.2025-ci il tarixində yerli vaxtla saat 11:03-də İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonu ərazisində 4 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре