https://news.day.az/azerinews/1773558.html “Şkendiya”nın azarkeşlərinə ayrılan biletlər satışa çıxarılır "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxarılacaq. İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.

“Şkendiya”nın azarkeşlərinə ayrılan biletlər satışa çıxarılır

Azərbaycanca, 12 августа 2025 09:20 (UTC +04:00) 665
“Şkendiya”nın azarkeşlərinə ayrılan biletlər satışa çıxarılır

"Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.

"Şkendiya" azarkeşlərinin oyuna qatılmaması səbəbindən stadionun 27-ci və 28-ci sektorlarının biletləri yerli azarkeşlər üçün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" cavab görüşü bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. "Qarabağ" ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости