Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəzifələri artırılıb

Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəzifələri artırılı.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə edilən dilən dəyişikliyə əsasən, Agentliyə aşağıdakı yeni vəzifələr həvalə olunub:

- elektron hökumət"in inkişafı, o cümlədən "elektron hökumət" layihəsinin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində iştirak etmək;

- elektron xidmət təminatçısı, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər görmək;

- dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, eləcə də elektron xidmətlər göstərilməsi ilə bağlı texniki tələblərə dair Nazirliyə təkliflər vermək;

- "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nin və İnformasiya Mənbələrinin Reyestrinin aparılmasında iştirak etmək;

- dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq iştirak etmək;

- elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan layihələrə onların texniki cəhətdən və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verilməsində iştirak etmək;

- elektron xidmətlər, habelə dövlət informasiya ehtiyatı və sistemi onların yaradılmasına, həmçinin formalaşdırılmasına, genişləndirilməsinə, bölünməsinə və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması üçün Nazirliyə təkliflər vermək, dövlət orqanlarına (qurumlarına) əməli və metodiki kömək göstərmək;

- dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkilində iştirak etmək;

- elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb edilməsi ilə bağlı Nazirliyə müraciət etmək;

- inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılması məqsədilə Nazirlik qarşısında məsələ qaldırmaq;

- informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini təşkil etmək;

- elektron xidmətlərin təşviqi məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görmək;

- operatoru olaraq müəyyən edildiyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə olunması, fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;

- ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının (informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya ehtiyatlarının və sistemlərinin, informasiya-kommunikasiya şəbəkəsinin, rəqəmsal tətbiq və platformaların əlaqələndirilmiş formada layihələndirilməsi və fəaliyyətinin təmini) qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak etmək;

- dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair Nazirliyə təkliflər vermək;

- rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına və təkmilləşdirilməsinə, eləcə də elektron xidmətlərin təşkilinə və təkmilləşdirilməsinə) dair ildə iki dəfə Nazirliyə hesabat vermək;

- biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və sair) inkişafı ilə bağlı Nazirlik və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;

- ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatını və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq Nazirlik və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tənzimləmək;

- dövlət orqanlarının (qurumlarının) elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat göndərmək;";

- normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda dövlət orqanlarının (qurumlarının) malik olduqları informasiya ehtiyatlarına və sistemlərinə çıxış əldə etmək, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin orqanların (qurumların) xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

- elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

- dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət olunmasında və istismara qəbulunda Nazirliklə birlikdə iştirak etmək;

- dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

- elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının (qurumlarının) təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək.