https://news.day.az/azerinews/1773917.html Həzmi asanlaşdırır, enerji verir - Afrodizyak təsiri var Əncirin insan sağlamlığına unikal faydaları var. Milli.Az xəbər verir ki, əncir həm təzə, həm də qurudulmuş halda orqanizm üçün bir çox müsbət təsirə malikdir. Onların sözlərinə görə əncir yüksək lif tərkibi ilə həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır.

Həzmi asanlaşdırır, enerji verir - Afrodizyak təsiri var

Azərbaycanca, 15 августа 2025 04:20 (UTC +04:00) 533
Həzmi asanlaşdırır, enerji verir

Əncirin insan sağlamlığına unikal faydaları var.

Milli.Az xəbər verir ki, əncir həm təzə, həm də qurudulmuş halda orqanizm üçün bir çox müsbət təsirə malikdir. Onların sözlərinə görə əncir yüksək lif tərkibi ilə həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır.

Kalium, kalsium və maqnezium baxımından zəngin olan bu meyvə sümüklərin möhkəmlənməsinə, qan təzyiqinin balanslaşmasına kömək edir. Təzə əncirin ağ südündəki fisin fermenti isə zülalların parçalanmasını asanlaşdıraraq həzm prosesinə müsbət təsir göstərir.

Qurudulmuş əncirin yüksək enerji verdiyi, polifenol adlı antioksidantlarla hüceyrələri qoruduğu da vurğulanır. Əncir həm meyvəsi, həm yarpağı, həm də şirəsi ilə xalq təbabətində istifadə olunur.

Əncir qədimdən cinsi istəyi artıran təbii vasitə kimi tanınıb. Yüksək miqdarda təbii şəkər və minerallar enerji verərək cinsi həvəsi stimullaşdıra bilər.

Qeyd edək ki, əncirin tərkibindəki təbii şəkər miqdarı yüksək olduğundan, diabet xəstələrinin onu məhdud miqdarda qəbul etməsi tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости