https://news.day.az/azerinews/1777621.html Dünya Bankı İstanbulun ətrafından keçən dəmir yolu layihəsi hazırlayır Dünya Bankı İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) adlı infrastruktur layihəsinin hazırlanmasına başlayıb. Layihə çərçivəsində İstanbulun ətrafından keçən, təqribən 122 kilometr uzunluğunda yeni elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur.

Dünya Bankı İstanbulun ətrafından keçən dəmir yolu layihəsi hazırlayır

Azərbaycanca, 1 сентября 2025 18:33 (UTC +04:00) 429
Dünya Bankı İstanbulun ətrafından keçən dəmir yolu layihəsi hazırlayır

Dünya Bankı İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) adlı infrastruktur layihəsinin hazırlanmasına başlayıb. Layihə çərçivəsində İstanbulun ətrafından keçən, təqribən 122 kilometr uzunluğunda yeni elektrikləşdirilmiş dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur.

Trend-in Dünya Bankına istinadən verdiyi məlumata görə, marşrut Çayırova və Çatalca rayonlarını birləşdirəcək və Bosforu Yavuz Sultan Səlim körpüsünün dəmir yolu hissəsi ilə keçəcək. Layihə, həmçinin, meqapolisin hər iki hava limanına çıxışı təmin edəcək və Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm elementi olacaq.

 

Dünya Bankının sənədinə əsasən, layihənin ümumi dəyəri təxminən 8,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Bankın Direktorlar Şurasında layihənin müzakirəsi 2026-cı ilin mart ayına nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости