https://news.day.az/azerinews/1778052.html Yeni doğulan körpələrinin adını ChatGPT qoydular Kolumbiyada yaşayan ailə yeni doğulan qızlarına "Chat Yipiti" adını verib. Bu ad, süni intellekt proqramı ChatGPT-dən ilhamlanaraq seçilib və valideynlər bunu "süni intellekt dövrünə hörmət" kimi izah ediblər.

Yeni doğulan körpələrinin adını ChatGPT qoydular

Azərbaycanca, 3 сентября 2025 18:05 (UTC +04:00) 712
Yeni doğulan körpələrinin adını ChatGPT qoydular

Kolumbiyada yaşayan ailə yeni doğulan qızlarına "Chat Yipiti" adını verib. Bu ad, süni intellekt proqramı ChatGPT-dən ilhamlanaraq seçilib və valideynlər bunu "süni intellekt dövrünə hörmət" kimi izah ediblər.

Day.Az Millli.Az-a istinadən xəbər verir ki, uşaq Kolumbiyanın Sereté şəhərindəki Milli Reyestr idarəsində problemsiz şəkildə qeydiyyata alınıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi valideynlərin bu qərarı ilə razılaşmayaraq, gələcəkdə qız üçün xoşagəlməz nəticələr yarada biləcəyini qeyd edib.

Qeyd edək ki, Kolumbiya qanunvericiliyi qadağan olunmuş adların siyahısını göstərmir, lakin Milli Vətəndaş Reyestri əməkdaşlarına belə adların qeydiyyatını rədd etmək səlahiyyəti verir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости