https://news.day.az/azerinews/1778232.html Kriminal mahnıya görə işdən çıxaılan direktorun yerinə - Yeni təyinat Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Natiq Əmirov gətirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbəri təsdiqləyiblər.

Kriminal mahnıya görə işdən çıxaılan direktorun yerinə - Yeni təyinat

Azərbaycanca, 4 сентября 2025 17:01 (UTC +04:00) 509
Kriminal mahnıya görə işdən çıxaılan direktorun yerinə

Samux rayonu İnstitut qəsəbə məktəbinə yeni direktor təyin edilib.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Natiq Əmirov gətirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən xəbəri təsdiqləyiblər. N.Əmirov bu təyinata qədər Göygöl rayon Fəxrəddin İmamquliyev adına Yalqışlaq kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl həmin məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılmışdı. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmamışdı.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən direktor Gülsəba Abbasova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. O, daha sonra məhkəməyə üz tutsa da, işə bərpa edilməyib.

Fotoda: Gülsəba Abbasova

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости