https://news.day.az/azerinews/1779137.html Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir – Sahibə Qafarova Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır. Day.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir – Sahibə Qafarova

Azərbaycanca, 9 сентября 2025 11:38 (UTC +04:00) 567
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır.

Day.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Spiker vurğulayıb ki, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir.

S.Qafarova ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına da toxunaraq bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb.

"Regionumuzda uzunmüddətli sülh və əməkdaşlıq üçün təməl yaradılmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyası və liderliyinin bariz göstəricisidir", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости