https://news.day.az/azerinews/1779415.html
Sənəd qəbulunun müddəti uzadıldı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb. Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Sənəd qəbulunun müddəti uzadıldı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.
Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, namizədlər tələb olunan sənədləri "MyCulture" şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре