https://news.day.az/azerinews/1779578.html
Uşaq bağçasında azyaşlı ilə kobud rəftar edildi - VİDEO
Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb. Day.Az xəbər verir ki, bu barədə görüntülər iqtisadiyyat.az-ın redaksiyasına göndərilib. Redaksiyamıza müraciət edən vətəndaş hadisənin "Predu" uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.
Uşaq bağçasında azyaşlı ilə kobud rəftar edildi - VİDEO

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.
Day.Az xəbər verir ki, bu barədə görüntülər iqtisadiyyat.az-ın redaksiyasına göndərilib.
Redaksiyamıza müraciət edən vətəndaş hadisənin "Predu" uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.
O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.
"Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?", - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре