Narkotik istifadəçiləri və onların qohumlarına həkim-narkoloqların iştirakı ilə virtual dəstək göstəriləcək

Narkotik istifadəçiləri və onların yaxın qohumları, habelə onlarla birgə yaşayan digər şəxslər üçün onlayn məsləhətlər verilməsi məqsədilə klinik (tibbi) psixoloq və həkim-narkoloqların iştirakı ilə virtual dəstək mexanizmi yaradılacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

 

Tədbirlər Planına əsasən, prosesin icra müddəti 2026-cı ili əhatə edəcək.

Səhiyyə Nazirliyi əsas icracı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu isə digər icraçı qurum kimi təyin edilib.