Formula 1: Sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşib - FOTO

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə sıralama turu başa çatıb.
Trend xəbər verir ki, "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
"Williams"in üzvü ispaniyalı Karlos Sayns ikinci, "Racing Bulls"dan yeni zelandiyalı Liam Louson üçüncü olub.
Əsas yarışda sürücülərin sıralaması aşağıdakı kimi olacaq:
Məlumat üçün bildirək ki, ikinci sessiyada "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib. "McLaren"in üzvü britaniyalı Lando Norris ikinci, "McLaren"dən avstraliyalı Oskar Piastri üçüncü olub.
Fernando Alonso ("Aston Martin"), Lyuis Hemilton ("Ferrari"), Qabriel Bortoleto ("Kick Sauber"), Lens Stroll ("Aston Martin") və Oliver Berman ("Haas") ikinci sessiyada müvafiq olaraq 11, 12, 13, 14 və 15-ci yerləri tutublar.
İlk sessiyada isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull Racing"in üzvü niderlandlı Maks Ferstappen ikinci, "Ferrari"dən monakolu Şarl Lekler üçüncü olub.
Franko Kolapinto ("Alpine"), Niko Hyolkenberq ("Kick Sauber"), Esteban Okon ("Haas"), Pyer Qasli ("Alpine") və Aleksander Albon ("Williams") ilk sessiyada müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.
Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре