ABŞ yaxın günlərdə TikTok-la bağlı Çinlə razılaşma imzalayacaq

ABŞ administrasiyası yaxın günlərdə sosial media platforması TikTok-la bağlı Çinlə razılaşmanın imzalanacağına tam əmindir.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb.

"Biz 100% əminik ki, saziş hazırdır. İndi sadəcə onun imzalanması lazımdır və prezidentin komandası çinli həmkarları ilə bunun üzərində işləyir", - o bildirib.

Livitt həmçinin qeyd edib ki, sazişin "yaxın günlərdə" imzalanması gözlənilir.