https://news.day.az/azerinews/1786073.html UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib UEFA, bu mövsüm Serie A və La Liga liqalarının hər birinə bir oyunu xaricdə keçirməyə icazə verib. Day.Az xəbər verir ki, nəticədə Barselona - Villarreal oyunu dekabrda Mayamidə, Milan - Komo qarşılaşması isə fevralda Avstraliyanın Perth şəhərində keçiriləcək.

UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib

Azərbaycanca, 6 октября 2025 20:23 (UTC +04:00) 461
UEFA bu mövsüm yerli oyunların xaricdə keçirilməsinə məcburən razılıq verib

UEFA, bu mövsüm Serie A və La Liga liqalarının hər birinə bir oyunu xaricdə keçirməyə icazə verib.

Day.Az xəbər verir ki, nəticədə Barselona - Villarreal oyunu dekabrda Mayamidə, Milan - Komo qarşılaşması isə fevralda Avstraliyanın Perth şəhərində keçiriləcək.

UEFA bildirib ki, bu qərar istisna hal kimi qəbul olunur və gələcək üçün presedent yaratmamalıdır.

 

Ali futbol qurumunun prezidenti Aleksander Çeferin deyib ki, liqa oyunları doğma torpaqda keçirilməlidir. Əks halda, sədaqətli azarkeşlər kənarda qalır və yarışların ədalətinə xələl gələ bilər.

Həmçinin qeyd olunub ki, gələcəkdə milli assosiasiyalar belə müraciətlər etməzdən öncə qurumla məsləhətləşməlidirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости