https://news.day.az/azerinews/1793002.html İqtisadiyyat naziri vergi inzibatçılığı və leqallaşma ilə bağlı təkliflərdən danışıb Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib.

İqtisadiyyat naziri vergi inzibatçılığı və leqallaşma ilə bağlı təkliflərdən danışıb

Azərbaycanca, 4 ноября 2025 12:29 (UTC +04:00) 555
İqtisadiyyat naziri vergi inzibatçılığı və leqallaşma ilə bağlı təkliflərdən danışıb

Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"1 yanvar 2026-cı ildən etibarən vaxtı bitən güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaratmaq üçün, o cümlədən daha aşağı gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib", - deyə o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости