Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyənin Kütahya əyalətində 4 bal gücündə zəlzələ baş verib.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Məlumatlara görə, Gediz bölgəsində yerli vaxtla saat 11:36-da yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10,3 km dərinlikdə yerləşib.