https://news.day.az/azerinews/1799421.html Cəlilabadda açıq ərazidə yanğın baş verib - FOTO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Cəlilabadda açıq ərazidə yanğın baş verib - FOTO

Azərbaycanca, 2 декабря 2025 20:16 (UTC +04:00) 479
Cəlilabadda açıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
  • Cəlilabadda açıq ərazidə yanğın baş verib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости