https://news.day.az/azerinews/1801882.html “Qobu Park”dakı yanğında ölənlərin sayı artdı Bakıda tüstüdən zəhərlənən şəxs ölüb. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Dekabrın 5-də yanğın hadisəsi zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova dekabrın 10-da xəstəxanada ölüb.

“Qobu Park”dakı yanğında ölənlərin sayı artdı

Azərbaycanca, 12 декабря 2025 12:29 (UTC +04:00) 356
“Qobu Park”dakı yanğında ölənlərin sayı artdı

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.

Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Hadisə nəticəsində Zülfiyyə Yusifova və övladları - 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin onlara köməyə gələn 1953-cü il təvəllüdlü qonşuları Yusif Hüseynov həlak olublar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости