Milli Məclis Ruanda ilə hava əlaqəsi haqqında Sazişi təsdiq edəcək

Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiq edəcək.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Plenar iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsi müzakirə ediləcək.

Xəbər yenilənəcək