https://news.day.az/azerinews/1803086.html Bakıda elektrikdoldurma məntəqəsi su altında qaldı - VİDEO 17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub... Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindən gedir.

Bakıda elektrikdoldurma məntəqəsi su altında qaldı - VİDEO

Azərbaycanca, 17 декабря 2025 13:08 (UTC +04:00) 321
Bakıda elektrikdoldurma məntəqəsi su altında qaldı

17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub...

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindən gedir.

Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.

Sürücülər deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlamaq belə mümkün olmur.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости