https://news.day.az/azerinews/1803993.html Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb. Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanca, 20 декабря 2025 17:06 (UTC +04:00) 506
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости