https://news.day.az/azerinews/1807702.html Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb.

Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO

Azərbaycanca, 6 января 2026 15:53 (UTC +04:00) 341
Oğrular mürəbbə yeyib evi yandırdılar

Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakı şəhərində olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə, evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədilə daxil olsalar da, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
  • Oğrular mürəbbə yeyib evi yandırdılar
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости