"Real" Superkubok matçına ciddi itki ilə çıxacaq

"Real" İspaniya Superkubokunun "Atletiko" ilə yarımfinal oyununa ciddi itki ilə çıxacaq.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məılumat yayıb.

Məlumata görə, Kilian Mbappe komandaya kömək edə bilməyəcək. Fransalı hücumçu Səudiyyə Ərəbistanına aparılan heyətə daxil edilmayəb. Mbappe Madriddə qalıb bərpa prosesi keçəcək.

"Real"ın "Atletiko" ilə oyunu 8 yanvar tarixində keçiriləcək. "Kral klubu" finala yüksəlsə, həmin matçda Mbappenin xidmətindən istifadə edə bilməyəcək.