https://news.day.az/azerinews/1809305.html Yayılan xəstəliyə görə məktəblər bağlanacaq? - Rəsmi CAVAB Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müşahidə olunur. Bu vəziyyət cəmiyyətdə məktəblərin müvəqqəti bağlana biləcəyi ilə bağlı suallar doğurub. Sosial şəbəkələrdə bu məsələ geniş şəkildə müzakirə olunur. Bəs, məktəblərin bağlanması gündəmdədir?

Yayılan xəstəliyə görə məktəblər bağlanacaq? - Rəsmi CAVAB

Azərbaycanca, 14 января 2026 11:54 (UTC +04:00) 336
Yayılan xəstəliyə görə məktəblər bağlanacaq?

Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müşahidə olunur. Bu vəziyyət cəmiyyətdə məktəblərin müvəqqəti bağlana biləcəyi ilə bağlı suallar doğurub. Sosial şəbəkələrdə bu məsələ geniş şəkildə müzakirə olunur.

Bəs, məktəblərin bağlanması gündəmdədir?

Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəblərdə tədrisin distant formaya keçirilməsi məsələsi müzakirə mövzusu deyil.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz olaraq davam edir:

"Eyni zamanda məktəblərin pedaqoji kollektivinə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə olunub".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости