https://news.day.az/azerinews/1811355.html Bu ərazidə qaz olmayacaq Bu gün Biləsuvarın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bu ərazidə qaz olmayacaq

Azərbaycanca, 23 января 2026 09:25 (UTC +04:00) 311
Bu ərazidə qaz olmayacaq

Bu gün Biləsuvarın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilir ki, Biləsuvar şəhəri T.İsmayılov küçəsində quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə yerinin dəyişdirilməsi məqsədilə aparılacaq işlərlə əlaqədar olaraq, Biləsuvar şəhərinin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatının 23.01.2026-cı il tarixdə saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости