https://news.day.az/azerinews/1814160.html Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub - VİDEO Masallıda məktəbdə yanğın olub. Day.Az Cenublu.az-a istinadən xəbər verir ki, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib. Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub.

Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub - VİDEO

Azərbaycanca, 5 февраля 2026 11:16 (UTC +04:00) 306
Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub

Masallıda məktəbdə yanğın olub.

Day.Az Cenublu.az-a istinadən xəbər verir ki, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.

Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.

Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости