https://news.day.az/azerinews/1821873.html Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət edən "Ferrari" saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı

Azərbaycanca, 13 марта 2026 11:34 (UTC +04:00) 297
Avtobus zolağına girən “Ferrari” cərimə meydançasına salındı

Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət edən "Ferrari" saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, şosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən "Ferrari" markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости