Ölkəyə narkotik maddələr gətirən İran vətəndaşı saxlanılıb - VİDEO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib. Əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar.
Bu barədə Day.Az-а Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınıın gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре