https://news.day.az/azerinews/1837902.html Güclü külək əsəcək - Xəbərdarlıq Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Güclü külək əsəcək - Xəbərdarlıq

Azərbaycanca, 28 мая 2026 16:10 (UTC +04:00) 358
Güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости